Quran Möcüzələri

Təyyarə texnologiyası

“Əmrilə bərəkət verdiyimiz yerə doğru şiddətlə əsən küləyi də Süleymana biz ram etdik. Biz hər şeyi bilənik!” (Ənbiya surəsi, 81)

Yuxarıdakı ayədən də məlum olduğu kimi, Allah küləyi hz. Süleymanın əmrinə vermiş və müxtəlif işlərində bir vasitə olaraq istifadə etməsi üçün imkan yaratmışdır. Bu ayədə hz.Süleyman dövründə olduğu kimi, gələcəkdə də külək enerjisindən texnologiyada istifadə ediləcəyinə işarə olunması ehtimalı var.

“Süleymana da səhərdən günortaya qədər bir aylıq yol, günortadan axşama qədər də bir aylıq yol gedən küləyi ram etdik”. (Səba surəsi, 12)

Yuxarıdakı ayədə qeyd edilən “səhərdən günortaya qədər bir aylıq yol, günortadan axşama qədər də bir aylıq yol gedən küləyi ram etdik” ifadəsi ilə hz. Süleymanın müxtəlif yerlər arasında sürətli hərəkət etməsinə diqqət çəkilə bilər. Hz. Süleyman öz dövründə günümüzdəki təyyarə texnologiyasına oxşayan bir texnologiyadan istifadə edib küləklə hərəkət edən vasitələr yaradaraq, onların vasitəsi ilə bir-birinə uzaq olan məsafələri çox az müddət ərzində aşa bilər. Şübhəsiz ki, ən doğrusunu Allah bilir. Dolayısilə, günümüzdəki yüksək təyyarə texnologiyasına məhz yuxarıda qeyd edilən ayələrlə diqqət çəkilməsi məsələsi ehtimal daxilindədir.