Quran Möcüzələri

YER KÜRƏSİNİN TƏBƏQƏLƏRİ
Quranda Yerlə bağlı verilən məlumatlardan biri Yerin yeddi qat olan göyə oxşarlığıdır. "Yeddi göyü və bir o qədər də yeri yaradan Allah`dır. Allah`ın hər şeyə qadir olduğunu, Allah`ın hər şeyi elmlə ehtiva etdiyini biləsiniz deyə Allah`ın əmri onların arasında nazil olar". ("Talaq" surəsi, 12) Göstərilən ayənin bu vacib və maraqlı məlumatına elmi mənbələrdə də geniş yer ayrılır və Yerin yeddi qatdan meydana gəldiyi açıqlanır. Yerin alimlər tərəfindən qeyd edilən həmin qatları bunlardır:

1. Hidrosfer
2. Litosfer
3. Astenosfer
4. Üst mantiya
5. Alt mantiya
6. Xarici nüvə
7. Daxili nüvə

"Litosfer" sözü yunan dilində "qaya" mənasını ifadə edən "lithos" kəlməsindən gəlir. Litosfer Yerin ən üst qatını təşkil edən bərk təbəqədir. Digər təbəqələrlə müqayisədə çox nazik qatdır. Litosfer qatı okeanların altında və vulkan püskürməsi üçün əlverişli olan bölgələrdə daha nazikdir. Başqa təbəqələrdən daha soyuq və daha bərkdir. Buna görə də Yerin qabığı vəzifəsini yerinə yetirir.

Litosferin aşağısında yunan dilində "zəif" kəlməsi "asthenes"dən əmələ gələn "astenosfer" təbəqəsi var. Bu təbəqə litosferlə müqayisədə daha nazikdir. Hərəkətli təbəqədir. İsti və yarımqatı maddələrdən təşkil olunmuş bu təbəqə yüksək geoloji istiliyə və təzyiqə məruz qalanda yumşalıb əriyir. Belə ehtimallar var ki, bərk litosfer təbəqəsi yavaş hərəkət edən astenosfer təbəqəsinin üzərində üzür və ya hərəkət edir. Hər halda, belə zənn olunur. Bu təbəqələrin aşağısında yüksək hərarətə malik olan, yarımqatı qayalardan əmələ gələn, təxminən 2900 km qalınlığında olan və adına "mantiya" deyilən bir təbəqə var. Yerin üst səthi ilə müqayisədə özündə daha çox dəmir, maqnezium və kalsium ehtiva edən mantiya daha isti və qalındır, çünki Yerin daxilindəki hərarət və təzyiq dərinliyə getdikcə daha da çoxalır.

Yerin mərkəzində da haradasa mantiyanın iki qatı qalınlığında olan nüvə var. Bu təbəqənin belə qalın olmasının səbəbi onun içində qayalardan çox metalların (dəmirlə nikelin qarışığının) olmasıdır. Yerin nüvəsi isə iki ayrı hissədən - biri 2200 km qalınlığında olan maye xarici nüvədən, digəri isə 1250 km qalınlığındakı bərk daxili nüvədən meydana gəlib. Dünya dövr etdikcə maye xarici nüvə dünyanın maqnit sahəsini əmələ gətirir. XX əsr texnologiyası sayəsində kəşf edilən Yer kürəsi təbəqələrinin göy üzü ilə olan bu oxşarlığının Quranda bildirilməsi, şübhəsiz ki, Quranın çoxsaylı elmi möcüzələrindən biridir.